Dekabr ayında aktyorun daxili orqanlarındakı yükü azaltmaq üçün aktyoru süni komaya salıblar.
Teleqraf.com xəbər verir ki, SSRİ xalq artisti Oleq Tabakov 82 yaşında vəfat edib. Aktyor xəstəxanada ailəsinin əhatəsində ölüb.
O, bir neçə aydır xəstəxanada yatırmış. Ötən ilin dekabr ayında aktyorun daxili orqanlarındakı yükü azaltmaq üçün onu süni komaya salıblar. Aktyor tezliklə özünə gəlib, amma heç kəsi tanımayıb. Yanvar ayında artisti süni nəfəs aparatına qoşublar.
Tabakov tamaşaçılara "Hərb və sülh", "Baharın on yeddinci anı", "On iki stul", "D'Artanyan və üç muşketyor", "Oblomovun həyatından bir neçə gün", "Moskva göz yaşlarına inanmır" və digər filmlərdəki rollarından tanışdır. Sovet uşaqları onu Kot Matroskin (Pişik Matroskin) obrazı ilə də tanıyırlar.