12 Mart 2018 23:58
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Britaniya baş naziri Tereza Mey parlamentdə sirk şousu göstərməklə məşğuldur. Məqsəd aydındır. Təxribat xarakterli kampaniya aparırlar. Nağıllar uydurmaqdansa, bundan qabaq törədilən anoloji cinayətlərin aqibəti barədə danışsınlar”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentdə çıxışı zamanı Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsində əli olmaqda ittiham etməsinə münasibət olaraq bildirib.

Xatırladaq ki, Sergey Skripal və qızına qarşı sui-qəsd martın 5-də Solsberidə ticarət mərkəzində olub. Skripal 2010-cu ildə Böyük Britaniyada sığınacaq alıb.

Baş nazir Tereza Mey Sergey Skripal və qızına qarşı sui-qəsdin Rusiya tərəfdən təşkil edildiyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər