Estoniya ordusu Rusiyanın yük təyyarəsinin Baltik dənizində Vaindloo adası yaxınlığında ölkənin hava sərhədini pozduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, məlumatda rus təyyarəsinin 1 dəqiqə Estoniya ərazisində olduğu və pilotun yerli stansiyaya heç bir məlumat vermədiyi bildirilir.
Məsələ ilə bağlı Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota təqdim edib.
Rusiya Müdafiə Nazirliyi iddiaları rədd edərək uçuşun beynəlxalq qanunlar çərçivəsində həyata keçirildiyini və heç bir ölkənin hava sərhədini pozmadıqlarını bəyan edib.
Yanvar ayında Belçikanın Florennes Hərbi Bazasından uçan iki F-16 helikopteri Şimal dənizi üzərində "TU 160" tipli iki rus bombardıman təyyarəsinin uçuşunu əngəlləmişdi.
Rusiya Baltik dənizində qonşu dövlətlərin sərhədlərini tez-tez pozmaqda ittiham olunur.