14 Mart 2018 08:19
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın köməkçisi Həmid Bakayi barəsində korrupsiya əməlinə görə verilən 15 il həbs və qamçı cəzası qüvvədə qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin Tehran şöbəsinin rəhbəri Qulam Hüseyn İsmayıl apelyasiya məhkəməsinin Bakayi barədə verilən qərarı qüvvədə saxladığını bəyan edib.

Onun sözlərinə görə, eks-prezidentin köməkçisi, keçmiş vitse-prezidentə həbs və qamçı cəzası ilə yanaşı pul cəzası da verilib. Bakayinin neçə dəfə qamçı ilə cəzalandırılacağı barədə dəqiq informasiya yoxdur.

Xatırladaq ki, keçən il iyulun 9-da korrupsiyaya görə saxlanılan Həmid Bakayi aclıq aksiyasına başlamış və xəstəxanaya yerləşdirilmişdi. İyulun 26-da isə 5 milyon dollar girov ödəməklə sərbəst buraxılmışdı.


Müəllif: Kəmalə

Oxşar xəbərlər