14 Mart 13:27

İraq Baş naziri Heydər əl-İbadinin mühafizə rəisi Şərif İsmayıl öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, “Haşdi Şabi” döyüşçüləri tərəfindən Səlahəddin vilayətinin Samara şəhərində vəhşicəsinə qətlə yetirilib.

İsmayıl ilə terrorçular arasında baş verən silahlı insidentdə iki nəfər də yaralanıb.

Məlumatlara görə, İsmayıl baş nazirin Mosula bu gün edəcəyi səfərdən öncə təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün yola çıxıbmış.


Müəllif: Samir
Загрузка...