Güman edirəm ki, axşama qədər Afrin tamamilə azad olunacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 46-cı Muxtarlar toplantısında çıxışı zamanı deyib:
“Afrində 1300 kv km. ərazi terrorçulardan təmizlənib: “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kv km. ərazini terrorçulardan təmizləmişik. Oranı əsl sahiblərinə təhvil verdik. Bizim və Azad Suriya Ordusnun nəzarəti altında orada təhlükəsizlik tam təmin edilib. Afrindən sonra Menbiç və Fərat çayının şərqini də təmizləyəcəyik”.