Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi ilə əlaqədar onynla planlaşdırılan görüşü barədə açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə mətbuat konfransında danışıb.
Çavuşoğlu bildirib ki, martın 19-da Tillersonla planlaşdırılan Menbiçlə bağlı görüş təxirə salına bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən gözlənilmədən Tillersonu istefaya göndərib.