15 Mart 2018 08:19
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinir iflicedici maddədən heç bir halda silah kimi istifadə qəbul oluna bilməz. Əgər istifadə edilərsə, bu, beynəlxalq hüququn tapdanması mənasına gəlir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Farhan Haq deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının sinir iflicedici maddə ilə zəhərlənməsi faktına görə olduqca məyus olub.

Farhan Haq BMT baş katibinin kimyəvi və ya sinir iflicedici maddədən istifadəni pislədiyini deyib, hadisə ilə əlaqədar hərtərəfli araşdırma aparılmasının vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, martın 5-də Böyük Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər