15 Mart 2018 01:27
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsinə görə məsuliyyəti Moskva daşıyır.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

O, bu məsələdə ABŞ-ın Britaniya ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə Böyük Britaniya ilə Rusiya arasında siyasi gərginliyə səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər