15 Mart 2018 17:13
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Baş naziri Heydər əl İbadi Kürdüstan bölgəsində yerləşən Ərbil və Süleymaniyə aeroportları ilə bağlı yeni qərar verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, 6 aydır bağlı olan aeroportlarda uçuş yaxın zamanlarda bərpa ediləcək.

Qeyd edək ki, aeroportlar İraq Kürdüstanında keçirilən müstəqillik referendumundan sonra, 2017-ci il sentyabrın 29-da fəaliyyətini dayandırmışdı.


Müəllif: Samir