Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsanın Kiyevdəki evi qarət edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna polisi məlumat yayıb.
Cinayətkarlar qapıdakı qıfılı sındırıb və evə daxil olublar. Polisdən verilən məlumata görə, oğrular evdən mobil telefonlar, kompüter və saatlar götürüblər.