Fransa, Almaniya, ABŞ və Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda zəhərlənməsi ilə bağlı Kremlə qarşı birgə bəyanatla çıxış ediblər.
Teleqraf.com xəbər verir ki, bəyanatda Sergey Skripal və onun qızının zəhərlənməsinin qeyd olunan dövlətlərin təhlükəsizliyinə təhdid olduğu bildirilir.
Sənədə imza atan dövlətlərin rəsmiləri Rusiyanı Skripal işi üzrə yaranmış bütün suallara cavab verməyə çağırıblar.
Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Böyük Britaniya məlum hadisəyə görə Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərar qəbul edib.