“Harris Poll Reputation Quotient” tərəfindən 25800 nəfər arasında keçirilmiş sorğunun nəticəsinə istinadən "Röyters" agentliyi yazır ki, istehlakçılar arasında “Apple”ın nüfuzu kəskin aşağı düşüb.
Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, ən yaxşı korporativ brendlər reytinqində “Apple” 29-cu pilləni tutub. Xatırladaq ki, adıçəkilən şirkət 2017-ci ildə 5-ci, 2016-cı ildə isə 2-ci yerə layiq görülmüşdü. “Amazon” artıq üçüncü il ardıcıl olaraq ilk pilləni tutur.
“Google” (28-ci yer, halbuki 2017-ci ildə 8-ci olub), “Coca-Cola” (27), “LG” (25), “Netflix” (21), “Microsoft” (11) və “Tesla” (3) şirkətləri, həmçinin “Apple”dan öndə olublar. Ən yaxşı nüfuza malik brendlərin reytinqinə, həmçinin “Samsung” (35), “Toyota” (42), “Facebook” (51), “Uber” (76) və “Takata” (100) daxil edilib.
“Harris Poll”un rəhbəri Con Qerzema “Apple” və “Google” şirkətlərinin nüfuzunun azalmasını istehlakçıları cəlb edən yeni məhsulların yoxluğu ilə izah edib.