17 Mart 2018 00:29
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyaya qarşı atılacaq addımlar bəllidir. Qərarlar artıq qəbul olunub və yaxın vaxtlarda açıqlanacaq".

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.


Müəllif: Ayxan

Oxşar xəbərlər