17 Mart 2018 17:11
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası ABŞ-ın polad və alüminium idxalına əlavə gömrük vergisi tətbiq etməsinə qarşı cavab tədbirləri görüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, komissiya Avropa Birliyinin ABŞ-dan idxal edilən məhsullara qadağa qoyacağını bildirib.

Bu məhsullar arasına fıstıq, portağal suyu, viski, tütün, motosiklet, kosmetika, geyim və müxtəlif növ polad məmulatlar daxil edilib.

Ümumi siyahının 10 səhifədən ibarət olduğu bildirilib.

Məlumatlara görə, Avropa Birliyinin Ticarət məsələləri üzrə nümayəndəsi Sisiliya Malmstrom və ABŞ Ticarət naziri Vilbur Ross gələn həftə bu məsələləri müzakirə etmək üçün görüşəcəklər.


Müəllif: Samir

Oxşar xəbərlər