17 Mart 2018 23:37
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın vəkili Maykl Koen porno-aktrisa Stefani Kliffordu məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, bununla vağlı “Vaşinqton Post” nəşri məlumat yayıb.

Klifford ABŞ prezidenti ilə münasibətlərinə dair sazişin 20 bəndini pozmaqda ittiham olunur.

Buna qarşılıq kimi vəkil aktrisadan 20 milyon dollar təzminat istəmək niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə Trampın 2006-2007-ci illərdə Kliffordla intim əlaqədə olması və Melaniyaya xəyanət etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Klifford NBC telekanalına Trampı məhkəməyə verdiyini açıqlamışdı: “Mən, vəkilim və prezidentin hüquqşünası məlumatların yayılmaması ilə bağlı razılaşma imzalamışdıq. Ancaq Tramp bundan boyun qaçırdı. Buna görə sənəd qüvvədən düşmüş hesab edilir”.


Müəllif: Samir

Oxşar xəbərlər