ABŞ Senatının Ədalət Komitəsinin rəhbərliyində təmsil olan senator Patrik Lehi komitənin təcili toplantısını çağırıb.
Teleqraf.com xəbər verir ki, Senatın Ədalət Komitəsinin fövqəladə toplantısının çağırılmasına səbəb Prezident Donald Trampın Federal Təhqiqatlar Bürosunu (FTB) hədəfə alması ilə bağldır.
Demokrat Partiyasının üzvü olan senator Patrik Lehi komitəyə yazdığı məktubda Trampın FTB-yə siyasi təzyiqlər etdiyini bildirib.
Senator Trampın FTB-nin direktor müavini Andrev Makabeni işdən qovmasından sonra bildirmişdi ki, prezident açıq şəkildə FTB-ni hədəfə alıb:
“Trampın FTB-yə və daha geniş mənada ölkəmizin müvafiq təşkilatlarına ziyan verdiyindən narahatam. Bu vəziyyət bizim qarşılaşdığımz bütün böhranlardan daha əhəmiyyətlidir və biz təcili addım atmalıyıq”.
Senatın Ədalət Komitəsinin toplantısının nə zaman keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Con Brennam da Trampı nəzərdə tutaraq “Amerikanı yıxa bilməyəcəksən, Amerika səni məğlub edəcək” ifadəsini işlədib.
Bitrləşmiş Ştatların Ədliyyə naziri Ceff Sessions cümə günü FTB-nin direktor müavini Andrev Makabeni təqaüdünə iki gün qalmış işdən qovub. Prezident Tramp isə ədliyyə nazirinin bu addımını dəstəkləyib.
Xatırladaq ki, FTB-nin direktor müavini Andrev Makabe eyni zamanda sabiq dövlət katibi Hillari Klintonla bağlı araşdırma aparıb.