18 Mart 2018 13:13
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikası Amerikaya nota verib.

Teleqraf.com xəbər verir ki, Çinin bu addım atmasına səbəb ABŞ Prezidenti Donald Trampın Tayvan-ABŞ qarşılıqlı səfərlərin həyata keçirilməsi və Tayvan rəsmlərinin ABŞ-a daxil olmasını nəzərdə tutan qərar imzalaması olub.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang bildirib ki, Çin Trampın məlum qərarına qarşıdır və bu səbəbdən də Vaşinqtona nota verilib.

Trampın imzaladığı qərarın heç qanuni əsaslara söykənmədiyini qeyd edən Çin diplomatı əlavə edib ki, bu qərar “Tək Çin” modelini təkzib edir və Tayvanın müstəqillik tərəfdarlarına “ciddi səhv siqnal” göndərir.

Çinli diplomat deyib ki, Çin Amerikanın bu səhvini düzəltməyə, Tayvanla əlaqələrini inkişaf etdirməyi dayandırmağa dəvət edir.


Müəllif: Cavad

Oxşar xəbərlər