İranın sabiq prezidenti Əhmədi Necat prezidentlik dövründə köməkçisi olan Həmid Bakayini korrupsiya ittihamı ilə 15 il həbs cəzası almasına səssiz qaldığına görə İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Gücü briqadasının rəhbəri Qasım Süleymanini tənqid edib.
Teleqraf.com xəbər verir ki, sabiq prezident İran mətbuatında yaydığı məktubunda Süleymanini nəzərdə tutaraq “Aramızdakı münasibətlərin açıqlanmasına özünüzü hazırlayın” fikirlərini işlədib.
Sabir prezident məktubunda “yaxınlarda zalımlar rüsvay olacaq, amma peşmançılıq üçün də gec olacaq” ifadəsini işlədib.
Qeyd edək ki, İran Məhkəməsi Həmid Bakayini bəzi Afrika ölkələrinə göndərmək məqsədilə İran İnqilab Keşikçilərindən aldığı 3,5 milyon avronu mənimsəkdə günahkar bilib.
Bakayi isə bu iddiaların yalan olduğunu elan edib. O, həmçinin Qasim Süleymanidən tələb edib ki, bu iddiaların doğru olmadığını açıqlasın.