ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla əldə edilən nüvə anlaşmasını ləğv edir.
Teleqraf.com xəbər verir ki, bu barədə CBS kanalına adı açıqlanmayan amerikalı senator məlumat verib.
Senator anlaşmadan imtina ediləcək tarixi də açıqlayıb. Bildirib ki, may ayında Tramp İranla münasibətlərə yenidən baxacaq .
Qeyd edək ki, bir neçə gün öncə D.Tramp məhz İran məsələsində fikir ayrılığına görə dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etmişdi.