PKK terrorçularından təmizlənən Afrin bölgəsini idarə etmək üçün 30 nəfərdən ibarət yeni Məclis təsis edilib.
Teleqraf.com xəbər verir ki, Müstəqil Kürd Birliyinin təşkilatçılığı ilə Afrin Qurtuluş Konqresi çağırılıb. Konqresə Afrində yaşayan bütün etniklərin münayəndələri, terrordan əziyyət çəkən qrupların liderləri qatılıblar.
Müzakirələrdən sonra Afrini idarə edəcək 30 nəfərdən ibarət Məclis yaradılıb. Məclis şəhərin idarə olunması, tikinti-quruculuq işlərinin aparılması üçün təkliflər hazırlayacaq.
Qeyd edək ki, ötən gün səhər saatlarında Afrinin mərkəzi PKK\PYD terrorçularından azad edilib.