Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ukraynalılara Krımı qaytaracağınına söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Unian.net" məlumat yayıb.
Saakaşvili tərəfdarlarına bildirib ki, Rusiya administrasiyası Krımı heç vaxt özbaşına Ukraynaya qaytarmayacaq: "Mən Maydana çıxan bütün ukraynalılara üzümü tutub deyirəm ki, Kırımı geri qaytaracağıq. Necə ki, Maydanı geri qaytara bilmişik".
Qeyd edək ki, bu gün Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Petr Poroşenkonun istefası tələbi ilə aksiya keçiriblər.
Saakaşvili fevralın 12-də Kiyevdə saxlanılıb və məhkəmə qərarı ilə Polşaya deportasiya olunub.