19 Mart 2018 10:26
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman ABŞ-ın CBS telekanalının “60 dəqiqə” verilişinin qonağı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, proqramda çıxışı zamanı İranın təhdidlərinə xüsusi diqqət yetirib.

Məhəmməd İbn Salman yennidən İranın Ali dini lideri Əli Xameneyini “Yeni Hitler” adlandırıb:

“Vaxtilə Hitlerin yerinə yetirdiyi siyasəti İran Yaxın Şərqdə həyata keçirmək istəyir. Avropanın Hitlerin təhlükəsi ilə yaşadıqlarının Yaxın Şərqdə təkrarlanmasını istəmirəm”.

Şahzadə İranın Səudiyyə ilə hərbi və iqtisadi rəqabətdə məğlub olacağını deyib.

O, bir daha qeyd edib ki, əgər İran nüvə silahı istehsal etsə, Səudiyyə də bu addımı atacaq.

Xatırladaq ki, Məhəmməd İbn Salman sabah ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşəcək.


Müəllif: Samir

Oxşar xəbərlər