Suriya Prezidenti Bəşər Əsəd Şərqi Quta bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumat və fotolar Suriya prezidentinin Tvitter hesabında paylaşılıb.
Əsəd burada vətəndaşlarla deyil, ordu nümayəndələri və hərbçilərlə görüşüb.
Qeyd edək ki, son 3 ayda Əsəd ordusunun hücumu nəticəsində Şərqi Qutada 281-i uşaq, 171-i qadın olmaqla 1121 dinc sakin öldürülüb.