Avropa Birliyi İngiltərə ilə Breksit məsələsində razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vol Strit Jurnal” məlumat yayıb.
Razılaşmaya əsasən, Breksitdən sonra keçid müddəti üçün İngiltərəyə 2 il vaxt veriləcək.
2019-cu ilin martında İngiltərənin Avropa Birliyindən ayrılmasını nəzərdə tutan sazişə görə, Birləşmiş Krallıq 2020-ci ilin sonuna qədər AB qanunlarına və Avropa Ədalət Divanının mühakiməsinə sadiq qalacaq.
Sazişdə həlli razılaşdırılmayan yeganə məsələ İrlandiya sərhədi olub.