Bu gün səhər saatlarında Bolqarıstanın Kostenets şəhərindəki hərbi zavodda güclü partlayış baş verib
RİA Novosti-yə istinadən verilən məlumata görə, partlayış nəticəsində 10 nəfər xəsarət alıb.
İnsident hərbi sursatların utilizasiyası ilə məşğul olan "TEREM - Tsar Samuil" zavodunda qeydə alınıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
/trend/