Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin Antalyadan olan millət vəkili Dəniz Baykal ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıq verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, beynindəki damarların tromblaşması səbəbindən ötən il oktybarın 17-də xəstəxanaya aparılan və 51 günlük müalicədən sonra Almaniyaya göndərilən Baykal Türkiyəyə gətiriləcək.
Bunun üçün Türkiyə Səhiyyə Nazirliyinin helikopteri Almaniyaya göndəriləcək.