14:13
BMT fövqəladə vəziyyətlə bağlı Türkiyə hökumətinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı BMT 28 səhifədən ibarətə xüsusi hesabat hazırlayıb.
Hesabatda Ankara hökumətinə Türkiyədə fövqəladə vəziyyətə son qoyulması çağırışı ünvanlanıb.
***
BMT-nin Türkiyə ilə bağlı hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin cavabı gecikməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə XİN-dən yayılan bəyanatda BMT tərəfkeşlikdə ittiham edilib:
“BMT İnsan Haqları Ali Komissiyası bu gün Türkiyədə fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı hesabat hazırlayıb. BMT Türkiyənin qarşı-qarşıya qaldığı terror təhdidinə göz yumur. Bu isə qəbuledilməzdir. Biz bu vəziyyəti qınayırıq”.