20 Mart 2018 15:00
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə ökədən çıxarılması tələb edilən 23 rus diplomat üçün 2 avtobus ayırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.

Diplomatik qeydiyyat nömrəsinə sahib avtobuslar bu gün səhər saatlarında səfirlik önünə gətirilib. Onların gün ərzində İngiltərəni tərk etəsi gözlənilir.

Qeyd edək ki, martın 11-də İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Britaniyanın Baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi də buna cavab olaraq, 23 ingilis diplomata ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.


Müəllif: Samir

Oxşar xəbərlər