21 Mart 2018 16:04
4 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

ABŞ Suriyanın Menbic şəhərilə bağlı Türkiyə ilə razılığa gələ bilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. Qeyd olunub ki, ABŞ Menbic məsələsində Türkiyə ilə anlaşma əldə etməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatından sonra Menbiçdə hərbi əməliyyata başlaya biləcəklərini bəyan edib.

***

Biz ABŞ-la Menbic məsələsində anlayışa gəldik demişik, anlaşma əldə elədik deməmişik. Mətbuat elə şeylər yazır ki...

Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, anlaşma əldə olunsaydı, komissiya çalışmasına ehtiyac qalmazdı:

"İndi ABŞ-a məsləhətləşməyə nümayəndə göndəririk. Razılığa gəlinsə, bu anlaşma olacaq".

Çavuşoğlu Türkiyənin istəyini konkretləşdirib:

"Burada sülhün bərqərar olması üçün terror təşkilatları geri çəkilməlidir. Türkiyədəki 350 min kürd qardaşımız niyə doğma yurdlarına dönmür? Buna YPG imkan vermir. Menbicdən çəkilib başqa yerlərə gedəcəklər. YPG-nin yalnız Menbicdən çəkilməsi azdır..."


Müəllif: Mahir, Ayxan

Oxşar xəbərlər