ABŞ prezidenti Donald Tramp yeni dövlət katibi Maykl Pompeonun namizədliyini təsdiqlənmək üçün Senata göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ABŞ lideri Dövlət Departamentinin rəhbəri Reks Tillersonu ötən həftə vəzifəsindən azad edib. Donald Tramp açılamasında Reks Tillersonu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı direktoru Mayk Pompeo ilə əvəz etdiyini bildirib.