Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovski Dövlət Dumasının iş qrafikini dəyişməklə bağlı təkliflə çıxış edib.
Teleqraf.com-un məlumatına görə, o, bütün tətillərdən imtina etməyi, hər gün səhər saat 9-dan axşam saat 9-dək işləməyi təklif edib.
Jirinovski prezident seçkilərində iştirakı da lüzumsuz sayıb: "Dövlət Dumasının deputatı olmağa gücləri çatırmı? Xahiş edirəm, gərək deyil..."
Dövlət Dumasının deputatı olan RLDP sədri bəzi parlament üzvlərinin davranışını da tənqid edib.
Onun fikrincə, bəzi deputatlar parlamenti "uşaq bağçasına" çeviriblər.