Bəzən gecələr gündüzdən daha işıqlı və parlaq görünür.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, belə bir hadisə bu il martın 12-si Rusiyada və ABŞ-da müşahidə olunub. Həmçinin Yeni Zelandiyada Vellinqton sakinləri də bu anomaliyanı izləyib.
Bildirilir ki, bu hadisənin səbəbi Ay deyil. Çünki işıq sanki Günəş çıxan tərəfdən görünür, amma gecə vaxtı Günəşin görünməsi qeyri- mümkündür.
Nə baş verir? Bu, Yerin qütblərinin sürətlə dəyişikliyə uğraması ilə bağlı ola bilərmi? Yoxsa planetimizin maqnit sferası elə zəifləyib ki, Günəş küləyi sferadan keçərək belə parıltılar yaradır?