Yunanıstanın Baş naziri Aleksis Çipras Rusiya Prezidenti Vladimir Putinə Türkiyədən şikayət edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, baş nazir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edən A.Çipras Şərqi Aralıq dənizi sularında yaşanan hadisələr barədə Putinə danışıb.
Prezident isə Aleksis Çiprası şikayətini daha ətraflı anlatması üçün Moskvaya dəvət edib.
Qeyd edək ki, Aralıq və Egey dənizlərində Türkiyənin faliyyəti Yunanıstan və Cənubi Kipr hökumətləri tərəfindən tənqid edilir.
Avropa Birliyi Türkiyənin Aralıq dənizi və Egey dənizində Yunanıstan və Cənubi Kipr hökumətinə qarşı "həmlələri"ni qeyri-qanuni sayıb.