Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Hakurk və Kani Raş bölgələrində keçirdiyi əməliyyatlar zamanı 5 terrorçu məhv edilib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hakurk və Kani Raşda 12 gündür davam edən əməliyyatlar nəticəsində, ümumilikdə, 55 terrorçu məhv edilib.