Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin daha 4 kəndini terrorçulardan təmizləyib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Baay, Kafer Nabu, Başufah və Burf Haydar kəndləri bu gün azad edilib.
Türkiyənin Baş Qərargah rəisi, general Hulusi Akar terrorçulardan təmizlənən bölgələrə əhalinin dönüşünün davam etdiyini bildirib.
Qeyd edək ki, Afrin bölgəsinin mərkəzi sayılan Racu, Bülbül, Şeyx Hadid, Cindərəs, Şeran və Mabatlı qəsəbələrinə köçən sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyə ordusu bir neçə məntəqədə postlar qurub.