ABŞ prezidenti Donald Tramp Çinə qarşı 50 milyard dollarlıq əlavə vergi tətbiqini nəzərdə tutan gömrük sənədini imzalayıb.
Teleqraf.com xəbər verir ki, Trump Çinə qarşı əlavə gömrük rüsumları ilə yanaşı milyardlarla dollarlıq sərmayə məhdudiyyətini nəzərdə tutan qanun layihəsi imzaladı.
Qeyd edilir ki, Çinə qarşı atılan addımların əsas məqsədi ABŞ-ın əqli və mobil texnologiyasını qorumaqdır.
Bundan öncə Tramp bəzi metalların idxalına gömrük rüsumunu artırmaqla Çin iqtisadiyyatına ağır zərbə vurub.