Ağ Ev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığı ilə bağlı açılama yayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada prezidentlərin söhbəti "əlaqələrin daha da gücləndirilməsi" kimi dəyərləndirilib.
"İkili əlaqələrin önəmi, strateji əməkdaşlığın daha da gücləndirilmsi müzakirə edilib", deyə Ağ Evdən bildirilib.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, prezidentlər regional məsələlərin həlli üçün birgə addımların atılmasının vacibliyini vurğulayıblar.
İbrahim Qalın qeyd edib ki, iki ölkə ortaq strateji mövzularda daha yaxından əməkdaşlıq edəcək və ikitərəfli münasibətlərə mənfi təsir göstərən amillərə qarşı birlikdə addımlar atılacaq.