Məhəmməd Qəzzafi Fransanın sabiq prezidenti Nikola Sarkoziyə maliyyə dəstəyi verib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri mərhum Liviya lideri Qəzzafinin yaxın qohumu, onun dövründə Misir-Liviya əlaqələri üzrə koordinator olan Əhməd Qəzzafi əd-Dəm deyib.
Qahirədə “Frans24” Televiziya Kanalına müsahibə verən Əhməd Qəzzafi bildirib ki, Sarkoziyə maliyyə dəstəyi verilməsi barədə məlumatı Məhəmməd Qəzzafi və digər rəsmi şəxslərdən eşidib.
Bununla belə, diktatorun qohumu Sarkoziyə hansı məbləğdə maliyyə ötürüldüyü haqda məlumatlı olmadığını deyib:
“O dövrdə Qəzzafi Afrika Birliyini təsis etmək istəyirdi. Bu məqsədlə bizə yaxın dostların olması vacib idi. Sarkozini strateji müttəfiqimiz olaraq hakimiyyətdə qalması üçün dəstəklədik. Bu həqiqət təkzib edilə bilməz”.