23 Mart 2018 12:05
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1 milyard 76 milyon 800 min dollarlıq silah satışını təsdiq edib.

Teleqraf.com xəbər verir ki, Pentaqon Səudiyyə Ərəbistanına 700 ədəd TOV 2B anti tank raketi verəcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanının Quru Qoşunları üçün 300 milyon dollarlıq ləvazimat satılacaq. Eyni zamanda ABŞ istehsalı olan M1 A2 Abrams tankları, M2 model hərbi və zirehli avtomobillər satılacaq.

Qeyd edək ki, bir ay müddətinə Konqres bu silah alış-verişinə etiraz etməsə, satış baş tutacaq.

Xatırladaq ki, bu razılaşma şahzadə Məhəmməd bin Salmanın ABŞ səfəri zamanı əldə edilib.


Müəllif: Cavad