Türk Silahlı Qüvvələrinin İraq sərhədlərində həyata keçirdiyi əməliyyatları qınayırıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhcub deyib.
“Hər hansı bir gücün torpaqlarımızda olması və ya qonşu ölkələrin hərbi əməliyyatlar həyata keçirməsi qəbuledilməzdir”, - deyə İraq XİN-in sözçüsü bildirib.
Qeyd edək ki, Türk Silahlı Qüvvələri son 12 gündə Şimali İraqda Hakurk və Kani Raş bölgəsində əməliyyatlar həyata keçirir.
TSK İraq ərazisində olan Sincərdə də əməliyyat keçirmək niyyətindədir.
Lakin İraq tərəfi buna sərt reaksiya göstərərək “rədd edirik” cavabını verib.