23 Mart 2018 13:36
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Cümhuriyyətində 14 əsgər edam olunacaq.

Teleqraf.com xəbər verir ki, edam barəsində Konqo Hərbi Məhkəməsi hökm çıxarıb.

Hərbi Məhkəmənin sədri Obal bildirib ki, 14 əsgər dövlətə qarşı üsyan çıxarmaqda, qanunsuz silah əldə etməkdə ittiham olunaraq edam cəzasına layiq görülüb.

Məhkəmə sədri əlavə edib ki, aralarında bir polkovnikin də olduğu 14 əsgər ölkənin şərqindəki Cənub-Kivu əyalətində qaçaqmalçılıqla mübarizə çərçivəsində qızıl qaçaqmalçılığı səbəbindən ötən il həbs ediliblər.

Bundan başqa, 14 əsgər onları həbs etməyə gələn 3 əsgər və 6 mülki şəxsin ölümünə səbəb olub.


Müəllif: Cavad

Oxşar xəbərlər