Çin ABŞ-ın onun mallarına qarşı tətbiq etdiyi 50 milyard dollarlıq gömrük rüsumuna qarşılıq verəcək.
Teleqraf.com xəbər verir ki, Çin hökuməti ABŞ-ın bu addımına ikili mərhələdə cavab tədbirləri həyata keçirəcək.
Çin Ticarət Nazirliyi birinci mərhələdə ABŞ-dan idxal edilən donuz əti, şərab, meyvə və qoz-fındıq məhsullarına 3 milyard dollarlıq gömrük rüsumu tətbiq etməyi planlayır.
Ümumilikdə Çin təzə meyvə və şərab daxil olmaqla 120 məhsula əlavə 15 faiz gömrük rüsumu tətbiq etməyə hazırlaşır.