23 Mart 2018 18:29
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somali paytaxtı Moqadişoda təmizlik işləri həyata keçirən qadınlara yoldan keçən bir avtomobil qaz püskürüb.

Teleqraf.com xəbər verir ki, nəticədə hadisə yerində özündən gedən 14 qadın dərhal xəstəxanaya çatdırılıb, hazırda onların müalicəsi aparılır.

Qeyd edək ki, Moqadişoda təmizlik işləri görən qadınlar 2007-ci ildən bu yana Əş-Şəbab adlı terror təşkilatının hədəfinə gəlir.


Müəllif: Cavad

Oxşar xəbərlər