23 Mart 2018 17:00
4 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/PYD terror təşkilatı Afrində 500 nəfərlik həbsxanada 1000 nəfər insan saxlayıb.

Teleqraf.com xəbər verir ki, türk ordusu Afrini ələ keçirdikdən sonra həbsxanada cərəyan edən dəhşətli hadisələr də ortaya çıxıb.

Xəbərə görə, terror təşkilatına qatılmaqdan imtina edən şəxsləri PYD həbs edərək bu həbsxanada yerləşdirib. Həbsxana otaqları 20 nəfərlik məhbus üçün nəzərdə tutulsa da, terrorçular hər otaqda 50 nəfər saxlayıb.

PYD terror təşkilatından qaçarkən yaxalanan şəxslər isə 2 kvadratmetrlik otaqlarda tək saxlanılıb. Onların ayaqları altından sürətli su axıdılıb. Otaqların qarşısında növbə çəkən terrorçular isə PKK/PYD sırasından qaçanlara davamlı olaraq Abdulla Öcalanın çıxışlarını dinlədib. Bu dinləmələrdən sonra isə bəzi məhkumlar öldürülüb. Bu, daimi şəkli alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər