23 Mart 2018 21:42
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Con Boltonu Təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə təyin etməsi bəzi ölkələr tərəfindən etirazla qarşılanıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, İranın Mühafizə Şurası başçısı Abbas Əli Kədxodai Boltonu "terroru dəstəkləyən şəxs" adlandırıb.

O, Con Boltonun İranın terror təşkilatı kimi tanıdığı Xalq Mücahidlərinə dəstək veridiyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Boltonun müşavir vəzifəsinə təyin edilməsini ABŞ-ın daxili məsələsi sayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər