Türkiyə əcnəbilərin vətəndaşlıq almaq şərtlərini yüngülləşdirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, əvvəllər vətəndaşlıq almaq üçün Türkiyədə 1 milyon dollarlıq daşınmaz əmlaka sahib olmaq lazım gəlirdisə, may ayında qanunvericiliyə edilməsi gözlənilən dəyişikliyə görə, bu rəqəm 300 min dollara endiriləcək.
Məqsəd həm Türkiyəyə xarici invesisyiya cəlb etmək, həm də əmlak sektorunu canlandırmaqdır.