25 Mart 2018 11:54
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında Prezident Donald Trampın korteji azad silah ticarətinə etiraz aksiyaları səbəbindən marşrutunu dəyişməli olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "The Hill" nəşri yazıb.

"Həyatımız naminə marş" aksiyasının iştirakçıları Donald Trampın diqqətini cəlb etmək üçün onun kotrejini Uest-Palm-Biç trassında gözləyiblər.

Amma Donald Tramp etirazçılarla üz-üzə gəlməmək üçün marşrutu dəyişib.

Qeyd edək ki, ötən gün ABŞ-ın müxtəlif böyük şəhərlərində çoxminli etiraz aksiyaları başlayıb.

Aksiyaçılar bu il fevralın 14-də 19 yaşlı Nikolas Kruzun Floridanın Parklend şəhərindəki məktəbdə kütləvi terror hadisəsi törətməsinə etiraz edirlər. Etirazçılar silah satışının məhdudlaşdırılmasını istəyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər