25 Mart 2018 14:13
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Kosmik Təhqiqatlar Təşkilatı (ISRO) “Çandaryan-2” kosmik aparatının Aya göndərilməsini təxirə salıb.

Teleqraf.com “Times of India”ya istinadən xəbər verir ki, aprelin 23-nə planlaşdırılan buraxılış bu ilin oktyabrına keçirilib.

HKTT rəhbəri bildirib ki, qərar missiyanın ideal şəkildə həyata keçirilməsi üçün ertələnib: “HKTT maydan sentyabr ayına qədər olan aralıqda missiyaya başlasaydı, biz tam Ay gününə (təxminən 14 Yer günü) təsadüf edən Ay tutulması zamanı təcrübələr apara bilməyəcəkdik. Beləliklə, missiyanı oktyabrın ilk həftəsində başlayacağını planlaşdırdıq".


Müəllif: Alpər

Oxşar xəbərlər