25 Mart 2018 15:12
2 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxt Kişinyovun mərkəzi meydanında, Hökumət evinin qarşısnda Moldovanın Rumıniyaya birləşdirilməsi ilə bağlı mitinq keçirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aksiyaçılar parlment qarşısında iki ölkənin birləşdirilməsi ilə bağlı qərar qəbul edilməsi tələbi irəli sürüblər.

Ria-Novosti agentliyi Moldova Daxili İşlər Nazirliyinin rəsmisi Aleksandr Pınzara istinadla mitinqdə 7 min nəfərin iştirak etdiyini bildirib.

Aksiyadakı çıxışlarda isə mitinqə 100 min adamın qoşulduğu bəyan olunub.


Müəllif: Mahir

Oxşar xəbərlər